Varşavada polislə etirazçılar toqquşub

Polşanın paytaxtı Varşavada polislə etirazçılar toqquşub

Polşanın paytaxtı Varşavada polislə etirazçılar toqquşub, 220 nəfər saxlanıb, 23 polis əməkdaşı xəsarət alıb.

Zorakılıq Polşanın Müstəqillik Günü mərasimlərində baş verib. Maskalı xuliqanlar polisə daş, fişəng atıb. Polis su şırnağından istifadə edib.

On minlərlə adam ekstremist millətçi qrupların təşkil etdiyi yürüşə qatılıb. İğtişaşları törədənlərdən də onların içində olub.

Prezident Bronislaw Komorowski rəsmi tədbirlərdə iştirak edib. Polşa 2-ci dünya müharibəsindən sonra müstəqilliyini yenidən qazanmasını qeyd edir.