Eldəniz Quliyev yuxarı məhkəməyə üz tutur

Eldəniz Quliyev

-

Azərbaycan Ziyalılar Birliyinin sədri, müxalif Milli Şuranın üzvü, kinodramaturq Eldəniz Quliyev Nəsimi rayon Məhkəməsinin onun barəsində çıxardığı qərardan apellyasiya şikayəti verir. Şikayət noyabrın 12-də təqdim olunacaq.

Noyabrın 11-də Media forum saytına açıqlamasında Eldəniz Quliyev deyib ki, Bakı Apellyasiya Məhkəməsinə şikayət ərizəsində Nəsimi rayon Məhkəməsinin qərarının ləğv olunmasını istəyib:

«Bu qərar ədalətsiz, qeyri-humanist və qeyri-qanunidir. Mən haqqımın, hüququmun bərpasını istəyirəm və bu yolu sona kimi gedəcəyəm».

Oktyabrın 30-da Nəsimi rayon Məhkəməsi Eldəniz Quliyevin 480 saat ictimai işlərə cəlb olunması və 1000 manat cərimələnməsinə hökm verib. Məhkəmə qərarını daxili işlər naziri Ramil Usubovun iddiası əsasında çıxarıb.