Şirməmməd Nəzərlidən yeni kitab

-

Yazıçı Şirməmməd Nəzərlinin “13 hekayə. Рассказы” adlı kitabı ASPOLİQRAF nəşriyyatında çapdan çıxıb.

Azərbaycan dilindəki hekayələrin əsas mövzusu milli-mənəvi dəyərlərdir.

Kitabın iki dildə olması oxucular üçün dil məhdudiyyətini aradan götürür.

Rusiya mövzusunda yazılmış hekayələri yazıçının Moskva həyatının “bədii təəssüratı” da adlandırmaq olar.

Hekayələr yazıçının film çəkilişləri üçün nəzərdə tutduğu əsərlərindən seçmələrdir ki, rejissorlar üçün də maraq kəsb edə bilər.

Bu, Şirməmməd Nəzərlinin 10-cu kitabıdır.