Cənubi Koreyada gəmi kapitanına 36 illik həbs kəsildi

Arxiv foto

Cənubi Koreyada apreldə batan gəminin kapitanına 36 illik həbs kəsilib. Həmin qəzada 300-dən çox adam ölüb.

Gəmi heyətinin digər 3 üzvünə verilən cəza bəlli deyil. Gəmi heyəti qətldə ittiham olunur.

Prokurorların fikrincə, sərnişinlərin səhlənkarlığı və sərnişinlərin atılması ölümlərə səbəb olub.

Sərnişinlərdən çoxu məktəb səyahətinə çıxmış yeniyetmələr olub.

Kapitan sərnişinlərin tərk edilməsinə görə üzr istəyib, ancaq onu da deyib ki, hərəkətlərinin bu qədər çox ölü sayına gətirəcəyini bilməyib.