İran rəsmisi Moskvada nüvə sazişi imzalayacaq

İran, Buşehrdə nüvə enerjisi zavodu

İranın nüvə proqramının başçısı noyabrın 11-də Rusiya ilə iki nüvə enerjisi zavodunun tikintisinə dair sazişi tamamlayacaq. Ali Akbar Salehi Moskvaya nəzərdə tutulan səfəri zamanı həmin razılaşmanı imzalayacaq.

İran mediasının yazdığına görə, bu iki nüvə zavodunu Rusiya İranın Buşehr nüvə enerjisi zavodu yaxınlığında tikəcək. İran bildirib ki, neft və qazdan asılılığını azaltmaq üçün 20 nüvə enerjisi zavodu tikməyi planlaşdırır.

Sentyabrda İranla Rusiya ticarət və investisiyaya dair bir sıra sənədlər imzalayıb. Onların içində iki ölkəni birləşdirən enerji şəbəkəsi barədə protokol da var.

Bu arada Tehranın nüvə proqramı üzrə razılaşmanın əldə olunması üçün qoyulmuş son tarix – noyabrın 24-ü yaxınlaşır. İran və dünyanın altı güclü dövləti arasında danışıqlar gedir.

Qərb Uranı gizlicə nüvə silahı hazırlamaqda ittiham edir, İran bunu yalan adlandırır.