-
Azərbaycan və İran birgə avtomobil istehsal edə bilərlər.
Avtomobil istehsalı zavodu Bakıda və ya Təbrizdə ola bilər.
Bunu Trend-ə Bakıda səfərdə olan İran parlamentinin Mədənlər və sənaye komissiyasının üzvü Ali Alilu bildirib.
O deyib ki, müştərək avtomobil istehsalı üçün hər iki ölkədə mühəndislər, texniki avadanlıqlar və təcrübəli şəxslər var.
Ə.Əlilu qeyd edib ki, İrandan Azərbaycana hazırda müxtəlif markalı avtomobillər ixrac olunur: «Bu sahədə iki ölkə arasında əməkdaşlıq var, lakin qənaətbəxş səviyyədə deyil».
İran KİV-lərinin məlumatına görə, İran ötən il Azərbaycana 1481 minik avtomobili ixrac edib. İxrac olunan avtomobillərin ümumi dəyəri 10 milyon dollar təşkil edib.