Mustafa Cəmilev Çexiya prezidentini reklam lövhələrindən tənqid edir

Sizin brauzer HTML5-i dəstəkləmir

Praqanın reklam lövhələri arasında Çexiya prezidenti Zemanı tənqid edən yazılar peyda olub. Tənqid sözləri Krım tatarlarının lideri Mustafa Cəmileva məxsusdur. O, Zemanın Krımı işğal edən Rusiyaya dəstəyini 1968-ci ildə Sovet qoşunlarına dəstək verməyə bənzədir. Bir sıra Avropa liderlərindən fərqli olaraq Çexiya prezidenti Krımın işğalını sakit qarşılayaraq, Rusiyaya qarşı sanskiyaların əleyhinə çıxış edirdi.