Çinin Henan vilayəti Tacikistana 800 milyon dollar investisiya qoyur

Henan vilayəti

Çinin Henan vilayəti Tacikistanın kənd təsərrüfatına 800 milyon dollar investisiya qoyacaq.

Bu saziş noyabrın 7-də Pekində Tacikistan prezidenti İmomaili Rahmon və Henan qubernatoru Xie Fuzhan arasında imzalanıb.

Noyabrın 7-də Rahmon Çin prezidenti Xi Jinpinglə də danışıqlar aparıb. Onlar qaz kəmərinin Tacikistan hissəsinin, su-elektrik stansiyasının, dəmiryolunun tikintisi ilə bağlı sənədləri imzalayıblar.

Rahmon Pekinə noyabrın 10-11-i Asiya-Sakit Okean İqtisadi sammitində iştirak etmək üçün gəlib.