Qarabağ-Dnepr

Foto arxiv

Noyabrın 6-da futbol üzrə Avropa Liqası qrup mərhələsinin IV turu başlayır.

Azərbaycanı bu yarışda təmsil edən Qarabağ klubu evdə Ukraynanın Dnepr klubunu qəbul edəcək.

Qeyd edək ki, Qarabağ səfərdə Dnepri 1:0 hesabı ilə məğlub edib.

Hazırda Qarabağ turnir cədvəlində 2-ci yerdədir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun yerli vaxtla saat 21-də başlayacaq.

Oyunu Azərbaycan, Ukrayna və Rusiya kanallarından izləmək olar.