Rus aktyor Aleksei Devotchenko mənzilində ölü tapılıb

Aleksei Devotchenko, rus aktyoru


Rusiyalı aktyor Aleksei Devotchenko-nun Moskvanın şimalındakı mənzilində meyiti tapılıb. Bir versiya aktyorun bədbəxt hadisə nəticəsində ölməsi, digəri isə onun öldürülməsidir.

Öldürülmə versiyasını aktyor Stanislan Sadalskiy də bloqunda səsləndirib.

Moskva Təhqiqat Komitəsi isə bildirir ki, aktyorun meyiti üzərində zorakılıq əlaməti aşkarlanmayıb.

Aleksei Devotchenko serial və bədii filmlərdə çəkilib. “Quldurlar şəhəri Peterburq” serialı ona daha çox şöhrət gətirib.

2011-ci ildə Devotchenko “Rusiyanın xalq artisti” adından və iki dövlət mükafatından imtina edib, deyib ki, o, Vladimir Putinin əlindən mükafat almaq istəmir.

Aleksei Devotchenko aktiv ictimai fəaliyyəti ilə tanınıb, Peterburqda “vahid Vətəndaş Cəbhəsi”nin üzvü olub.