Van Goghun əsəri 61 milyona satılıb

Van Goghun çəkdiyi şəkil Nyu Yorkda hərracda 61,8 milyon dollara satılıb.

Van Gogh bu şəkil ölümünə bir neçə həftə qalmış çəkib. Şəkil 1890-cı ildə onun fransız həkimi Paul Gachetin evində çəkilib. Rəssam dibçəkdə, çəmən gülllərindən ibarət buketi təsvir edib.

Bu şəkil onunla əlamətdardır ki, Van Goghun sağlığında sata bildiyi nadir şəkillərdəndir.