«Bandotdel»in rəisinə yeni vəzifə verildi

Mirqafar Seyidov

-

Mirqafar Seyidov Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi postundan çıxarılaraq Bakı şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

Bakı polisinin indiki rəisi Rafiq Abbasov DİN-in Baş Kadrlar İdarəsinin rəisi vəzifəsinə keçirilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi postuna isə Musa Musayev gətirilib. O, Nəsimi rayon Polis İdarəsinin rəisi idi.

Xəbəri apa yayıb.

Məlumatı DİN-in mətbuat xidməti ilə dəqiqləşdirmək mümkün olmayıb.