Birləşmiş Ştatlar viza tələb olunmayan ölkə vətəndaşları üçün yeni yoxlama tələbləri qoyub. Daxili Təhlükəsizlik Katibi Jeh Johnson noyabrın 3-də deyib ki, 38 ölkədən ABŞ-a vizasız proqramla gələnlər əlavə pasport və kontakt məlumatı təqdim etməli olacaqlar. Həmin ölkələrin çoxu Avropadadır.
Bu arada Suriyadan Qərb pasportu ilə yaraqlıların gələ biləcəyi sarıdan narahatlıq yaranıb.
Johnson oktyabrın 28-də deyib ki, Vaşinqton və digər şəhərlərdə federal hökumət binalarında əlavə təhlükəsizlik tədbirləri görüləcək.
Bu bəyanatdan öncə Kanadada islamı qəbul etmiş bir şəxs parlament binasını qoruyan əsgərlərə hücum edib.