İsveçrənin kiçik bir qəsəbəsi haqqında
Səkkiz minə yaxın əhalisi olan Grönichen qəsəbəsi Aarqau vilayətinə aid yarı dağ, yarı meşə relyefində yerləşən kiçik qəsəbədir. “Kiçik qəsəbə” deyirik, amma imkanları və yaşayış şəraiti şəhərdən o qədər də seçilmir. Sadəcə buranın fərqliliyi təbii gözəlliyi və səssizliyidir.

Qəsəbənin əhalisi əsasən beş km aralıdakı Aarau şəhərində işləyənlərə, yaşlı pensionerlər və əkinçiliklə məşğul olanlardır.
Qəsəbənin dağ ətəyində bir ev.
Çiçəkli velosiped.
Qəsəbədə gəzərkən hasarsız həyətlərdə bu cür yaradıcılıq nümunəsi görmək olar.
Qəsəbədə gəzərkən hasarsız həyətlərdə bu cür yaradıcılıq nümunəsi görmək olar.
Qarşınıza çıxan insan mütləq sizə gülümsəyəcək və salam verəcək. Burda belə şeylər təbiidir.
Bir həyətdə olan yaradıcılıq digərinin davamı deyil, tam fərqli bir təxəyyülün məhsuludur.
Başqa bir evin önü, başqa bir yaradıcılıq nümunəsi.
Bu qəsəbədə bir "Niva" maşını da var. Bu mənim üçün çox təəccüblü idi.
Qəsəbənin ətrafında bir qarış boş ərazi tapmaq mümkün deyil, bir ovuc torpağın belə qədri bilinir, onda ya qarğıdalı əkirlər, ya da taxıl.
Qəsəbənin ətrafında bir qarış boş ərazi tapmaq mümkün deyil, bir ovuc torpağın belə qədri bilinir, onda ya qarğıdalı əkirlər, ya da taxıl.
Qəsəbənin bir az dağlıq hisəsi maldarlıq üçün münbit yerdir. Sakinlər də bunu bildiyindən istifadə edirlər. Yağıntı çox düşdüyündən qısa zamanda ot dizə qalxır, mal-qara, qoyun-quzu, lama da doyunca yeyir, yemədikləri isə preslənib qışa saxlanılır.
Heyvanların otlaq ərazisi böyük olsa da çoban və ya nəzarətçi gözə dəymir. Burda otlaqların kənarı zəif elektrik cəryanı verilmiş simlərlə hasarlanıb. Otlaqdan azıb çıxan heyvan cərəyanlı simə toxunaraq elədiyi işdən peşman olub geri qayıdır.
Dağ ətəyindən baxdıqda qəsəbənin əkin sahəsi.
Ümumiyyətlə bu ölkədə təbiətin qorunmasına hər kəs cəhd edir. Hətta evlərin bacasında qurğular quraşdırılır ki, tüstü təmizlənsin, təbiətə daha az ziyan dəysin.
Qəsəbənin ən ucqar yerində, dağın başında belə əgər yaşayış evi varsa oranın yolu mütləq asfaltdır, bunu biləsiniz. Burda asfalt örtüyü sadəcə böyük şəhərlərin böyük küçələrində deyil, insan yaşayan dağ başına da çəkilir.
Əkin sahələrini ayıran maşın yolu.
Əkin sahələrini ayıran maşın yolu.
Qəsəbədə bir böyük kilsə də var, tam mərkəzdə. Bu kilsə qəsəbənin simvoludur, hardan baxırsan dim-dik adama əl edir. Sözün düzü mən bu kilsəyə gedib-gələn görməmişəm, amma əzəmətli binadır. Tikilmə tarixini bilməsəm də, bir şey var ki, buralarda 4-5 əsrdən gənc kilsə yoxdur. Bu kilsə binasının verdiyi ən böyük faydalardan biri qülləsindəki saat və hər saat başında çalan zəngidir.
Qəsəbənin məzarlığı. Sözün əsl mənasında xoş auralı bir yer. Məzarlar o qədər gözəl düzülüb ki, bir anlıq adam bu yerin mahiyyətini unudur. Məzarlıq deyil, sanki şah sarayının bağçasıdır.
Qəsəbənin məzarlığı. Sözün əsl mənasında xoş auralı bir yer. Məzarlar o qədər gözəl düzülüb ki, bir anlıq adam bu yerin mahiyyətini unudur. Məzarlıq deyil, sanki şah sarayının bağçasıdır.
İsveçrə Avropanın göbəyi hesab olunur. Şimalında Almaniya, Qərbində Fransa, Şərqdən Avstriya və cırtdan Lixteynşteyn, Cənubunda isə İtaliya dayanır. Əgər bu ölkədə bir anlıq açıq səmaya baxsanız göydə ən azı 10 təyyarənin iz buraxa-buraxa fərqli istiqamətə getdiyini görəcəksiniz. Çünki qonşuluğundakı bütün nəhəng ölkələrə hava nəqliyyatı bu ölkənin hava zonasından keçir.