Sabah dağlarda qar yağacaq

Noyabrın 4-də Bakıda və Abşeron yarmadasında hava buludlu olacaq, arabir yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, arabir güclü şimal-qərb küləyi əsəcək. Gecə havanın temperaturu 2-4, gündüz 5-9 dərəcə gözlənilir.

Azərbaycanın rayonlarında da hava yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar olacaq. Temperatur gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti gözlənilir.