Bağdadda partlayış olub

Arxiv foto


Bağdadda şiə zəvvarlarını hədəfə alan avtomobil bombası ən azı 12 adamı öldürüb.

Bu barədə Bağdad polisi xəbər verib.

Noyabrın 2-də onlarla adam Aşuranı qeyd etmək üçün Kərbəlanı ziyarətə gəlmişdi.

Polis partlayışda 20-dən çox adamın yaralandığını bildirir.

İraq Aşura mərasimlərində şiələrə qarşı ən çox hücum edildiyi ölkədir.

Bu hücumdan bir gün əvvəl də Bağdadda bir neçə bomba partlayışı olub, 20-yə yaxın adam ölüb.