Dilənən 23 uşaq saxlanıb

Foto: Arxiv

-
Polis Bakının Binəqədi rayonunda dilənən 17 qadın və 23 azyaşlını saxlayıb.

Bu haqda oktyabrın 30-da Bakı şəhər Baş Polis İdarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, saxlanan şəxslər barəsində inzibati protokol tərtib olunub. Bundan sonra həmin şəxslər yaşadıqları Yevlax rayonuna göndəriliblər.