ÜST bildirir ki, Ebola Liberiyada zəifləyir

Ebola virusu

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, Ebola epidemiyasının ən çox yayıldığı Liberiyada virusun yayılması səngiyib. ÜST baş direktorunun müavini Bruce Aylward oktyabrın 29-da söyləyib ki, dəfn və yeni yoluxanların sayı azalıb. Ancaq o, aşırı nikbin nəticələrlə bağlı xəbərdarlıq edib.

ÜST onu da deyir ki, Liberiyada Eboladan öncə düşünüldüyündən 300 nəfər az adam ölüb. Sierra Leone-də isə 200 nəfər əlavə adam xəstəliyə yoluxub.

Ümumilikdə Eboladan 4922 nəfərin öldüyü bildirilir.