Ali Məhkəmə hakiminin səlahiyyət müddəti uzadılıb

Milli Məclis


Bu gün, oktyabrın 28-də Milli Məclisin payız sessiyasının növbəti iclası keçirilir.

Azərbaycan Ali Məhkəməsinin hakimi Əli Rüstəmovun səlahiyyət müddəti uzadılıb. Prezident İlham Əliyevin təqdimatına əsasən Milli Məclis Əli Məhəmməd oğlu Rüstəmovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi barədə qərarı parlamentin bu günkü iclasında qəbul edilib.