Əfqanıstanın yeni prezidenti Çinə gedir

Ashraf Ghani, Əfqanıstan prezidenti

Əfqanıstanın yeni seçilmiş prezidenti Ashraf Ghani-nin oktyabrın 28-də Çinə 3 günlük rəsmi səfəri başlayır. Onun Çin prezidenti Xi Jinping və digər liderlərlə görüşəcəyi, ikitərəfli münasibətlər və əməkdaşlığa dair sazişlər imzalayacağı gözlənir.

Enerjiyə ehtiyacı olan Çin Əfqanıstanda əsas investordur. Bu ölkənin mineral ehtiyatları 1 trilyon dollar həcmindədir. Çin Əfqanıstanla böyük neft və mis emalı sazişləri bağlayıb.

Çinin xarici işlər naziri deyib ki, Pekin “Əfqanıstanda sülhyaratma işinə gücü çatan hər cür yardımı göstərəcək”.

Sentyabrda fəaliyyətə başlamış Ghani oktyabrın 25-də Səudiyyə Ərəbistanına ilk səfərini – dini ziyarət həyata keçirib.