İranın hüquq müdafiəçisi sərbəst buraxılıb

Nasrin Sotoudeh,İranın hüquq müdafiəçisi

İranın təhlükəsizlik qüvvələri hüquq müdafiəçisi Nasrin Sotoudeh-i bir neçə saatlıq həbsdən sonra sərbəst buraxıb. O, Tehranda keçirilən etiraz aksiyasında saxlanmışdı.

Hüquq müdafiəçisi kimi tanınan Nasrin Sotoudeh oktyabrın 26-da Reuters-ə təcridxanada aksiyada saxlanan başqa fəallarla birgə olduğunu bildirib.

Nasrin Sotoudeh deyib ki, aksiya iştirakçıları İran hakimiyyətindən “açıq və azad cəmiyyət” tələb edirlər.

Sotoudeh Avropa Parlamentinin verdiyi 2012-ci il Sakharov mükafatçısıdır.

51 yaşlı Sotoudeh 2010-cu ildə sabiq president Mahmud Ahmadinejada qarşı keçirilən aksiyalarda saxlanmışdı və barəsində 6 illik həbs cəzası verilmişdi.

O, ötən il azadlığa çıxıb.