ABŞ bütün ukraynalıları səsverməyə çağırır

Rusiyayönlü yaraqlılar noyabrda ayrıca seçki keçirəcəklərini bəyan ediblər

Birləşmiş Ştatlar bütün ukraynalıları qarşıdakı parlament seçkilərində səs verməyə çağırıb. Çağırış Ukraynanın şərqində yaraqlıların nəzarətində olan ərazilərə, Rusiyaya anneksiya edilmiş Krım yarımadasına da aiddir.

Dövlət Departamentinin sözçüsü Jen Psaki həftəsonu keçiriləcək seçkini Ukrayna üçün “daha bir hədəf” adlandırıb.

Psaki deyib ki, Birləşmiş Ştatlar seçkiyə “hər hansı müdaxiləni qətiyyətlə pisləyir”.

Ukraynanın şərqi Donetsk və Luqansk vilayətlərində rusiyayönlü yaraqlılar noyabrda ayrıca seçki keçirəcəklərini bəyan ediblər. Ancaq Psaki deyib ki, Ukraynada “yeganə qanuni seçki” oktyabrın 25-də, əlavə seçki isə dekabrın 27-də olacaq.

Psaki-nin sözlərinə görə, Vaşinqton “korrupsiya ilə mübarizə, islahatların irəli aparılması və ölkənin şərqində münaqişənin dinc həlli üçün Ukraynanın yeni parlamenti ilə işləməyə hazırdır”.