Vnukovo hava limanının menecerləri istefa verir

Total prezidentinin ölümünə səbəb olan təyyarə qəzasına görə Vnukova hava limanının menecerləri istefa verib

Vnukovo hava limanının menecerləri Total prezidentinin ölümünə gətirmiş təyyarə qəzasına görə istefa verib, dörd işçisi isə saxlanıb.

Hava limanı bəyan edib ki, baş direktoru Andrei Dyakov və onun müavini Sergei Solntsev istefa verib.

Christophe de Margerie və ekipajın 3 fransalı üzvü təyyarənin qartəmizləyən maşınla toqquşması nəticəsində oktyabrın 20-də həlak olub.

Digər xəbərdə deyilir ki, Rusiya hakimiyyəti hava limanının dörd işçisini saxlayıb.

İstintaq Komitəsi oktyabrın 23-də bildirib ki, prokurorlar hava limanı xidmətinin aparıcı mühəndisi Vladimir Ledenev və daha 3 əməkdaşı saxlayıb.

Qartəmizləyən maşının sürücüsü qəzadan dərhal sonra saxlanmışdı. Müstəntiqlər onun sərxoş olduğunu iddia etsə də, ailəsi və vəkili bunu yalan adlandırıb.

Digər xəbərdə deyilir ki, Rusiya hakimiyyəti hava limanının dörd işçisini saxlayıb.