Nobel mükafatı laureatı Nəsibovların müdafiəsinə qalxdı

Shirin Ebadi

-

Beynəlxalq Rafto Mükafatının 12 laureatı Azərbaycan hakimiyyətini Naxçıvanda hüquq müdafiəçiləri İlqar və Məlahət Nəsibovların hüquqlarının pozulmasına son qoymağa çağırıb.

Müraciətdə İlqar Nəsibovun avqustun 21-də döyülməsi xatırladılır. İlqar Nəsibovun onun döyənlərdən birinə hücum etmək ittihamı ilə üzləşməsi hadisələrin xoşagəlməz istiqamətə inkişafı kimi qiymətləndirilir:

Müraciət müəllifləri Azərbaycan hakimiyyəti qarşısında bir neçə tələb irəli sürür:

- İlqar Nəsibovun ixtisaslaşmış tibbi yardım əldə etməsini, o cümədən müalicə üçün Bakıya və ya xaricə maneəsiz getməsini təmin etmək;

- İlqar Nəsibovun və həyat yoldaşı Məlahət Nəsibovanın yerdəyişmə azadlığını qaytarmaq;

- İlqar Nəsibova qarşı ittihamları ləğv etmək;

- Təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün İlqar Nəsibova qarşı amansız hücumun səmərəli, qərəzsiz və şəffaf araşdırılmasına başlamaq.

Müraciəti imzalayanlar arasında Nobel mükafatı laureatı, iranlı hüquq müdafiəçisi Shirin Ebadi də var.