New-York Bakıya bənzəməyə başlayır

“Barnes & Noble” New-York-un mərkəzində - 5-ci xiyabandakı ən məşhur kitab dükanını da bağlayıb.

-

Bu xəbər cəmi bir neçə kitab dükanı olan Bakının pullu-pulsuz sakinlərinə qəribə gəlməyə bilər.

New-York şəhərinin 1,5 milyon nəfər əhalisi olan Bronx rayonu kitabsız qalmaq astanasındadır.

Rayonun sonuncu kitab dükanı “Bay Plaza” ticarət mərkəzində kirələdiyi məkandan çıxarılır.

Amerikanın ən böyük kitab satışı şəbəkəsi “Barnes & Noble” ticarət mərkəzinin kirayə haqqını qaldırmaq istəyi qarşısında acizdir.

“Barnes & Noble” indiki elektron kitab bumu dövründə xərclərini azaltmağa çalışır, hətta bu ilin qışında New-York-un mərkəzində - 5-ci xiyabandakı ən məşhur kitab dükanını da bağlayıb.

Ticarət mərkəzindən bildiriblər ki, icarə müddəti bitməkdədir və həmin məkana daha çox pul vermək istəyənlər var.

24 yaşlı Amelia Zaino İnternetdə Bronx-un sonuncu kitab dükanının qorunub saxlanması üçün kampaniyaya başlayıb.

O bildirir ki, baş verənlər Bronx sakinlərinə təhqirdir. Çünki bu, adi bir dükan deyil, rayon sakinləri üçün mühüm olan bir xidmətdir. Həm də yerli sakinlər üçün bir mədəni mərkəzdir.

New York Daily News