Amnesty Özbəkistana çağırış edir

Amnesty International'ın logosu

Amnesty International bildirir ki, 200 min nəfər petisiya imzalayaraq Özbəkistan prezidenti Islam Karimovu “vicdan məhbusu” adlandırdığı qadını azadlığa buraxmağa çağırıb.

49 yaşlı Dilorom Abdukadirova-ya dəstək imzaları 123 ölkədə toplanıb, Amnesty International-ın “Stop Torture” (“İşgəncəni Dayandırın”) kampaniyası çərçivəsində keçirilib.

Amnesty Abdukadirova-nın göyərti satan olduğunu, “vicdan məhbusu” kimi 18 il həbs cəzası aldığını yazır. O, Özbəkistanda daha yaxşı iqtisadi şərait devizi ilə keçirilən aksiyaya qatılıb.

Abdukadirova 2005-ci ildə, özbək qüvvələr Əndican şəhərində etirazçılara atəş açandan, yüzlərlə adam həlak olandan sonra ölkəni tərk edib. Ancaq 2010-cu ildə ailəsinin yanına qayıdandan sonra həbs olunub.