Azərbaycanlı aktrisa Türkiyənin ən nüfuzlu kino mükafatını qazandı

“Ən yaxşı film”in rejissoru Kutluğ Ataman,"ən yaxşı qadın aktrisa" Nəsrin Cavadzadə. Türkiyə, Altun Portakal Film festivalı -2014-cü il

-

Türkiyədə 51-ci “Altın Portakal” beynəlxalq kino festivalı yekunlaşıb.

12 filmin yarışdığı festivalda Kutluğ Atamanın çəkdiyi “Kuzu” filmi “ən yaxşı film” seçilib.

Festivalda “ən yaxşı qadın aktrisa” nominasiyasını “Kuzu” filmində oynayan Nəsrin Cavadzadə qazanıb.

Nəsrin Cavadzadə 1982-ci il iyulun 30-da Bakıda tanınmış Cavadzadələr ailəsində doğulub. Ailəsiylə 11 yaşında Türkiyəyə gedib. Mərmərə Universitetinin”kino-televiziya” bölümünü bitirib.

2004-cü ildən filmlərə və seriallara çəkilir.

Yeri gəlmişkən, Hollivud ulduzu Jean Claude Van Damme da bu festivalda iştirak edirdi.

O da “Altın portakal” alanlar sırasında olub.

Nəsrin Cavadzadə