«Womex» Musiqi Festivalına Azərbaycan da qatılacaq

"Womex" Dünya Musiqi Festivalı

-

Oktyabrın 22-dən 26-dək İspaniyanın Qalisiya vilayətinin Santiaqo de Kompostela şəhərində keçiriləcək 20-ci "Womex" Dünya Musiqi Festivalında Azərbaycan da təmsil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu tədbir dünya musiqi sənayesinin böyük musiqi ticarət yarmarkasıdır. Burada peşəkar musiqi sənətinin son nailiyyətləri nümayiş olunur.

1994-cü ildən indiyədək bu musiqi sərgisində Azərbaycanı Baba Mahmudoğlu, Zabit Nəbizadə, Qoçaq Əsgərov, Mənsum İbrahimov kimi xanəndələr təmsil edib.

Bu il keçiriləcək Womex festivalında Azərbaycanın təmsil olunması məqsədilə festivalda Azərbaycan güşəsinin yaradılacaq, milli musiqi alətləri sərgilənəcək, müvafiq çap-reklam məhsulları qonaqlara paylanacaq.
Oktyabrın 23-də festivalda Elçin Şirinovun rəhbərliyi ilə caz qrupu konsert proqramı ilə çıxışı edəcək.

Tədbirlə bağlı nazirliyin nümayəndə heyəti bugündən İspaniyaya ezam edilib.