"Yazı" jurnalının yeni sayı gəldi

-

“Yazı” ədəbiyyat dərgisinin 11-ci sayı işıq üzü görüb.

Jurnalda Aqşin Yenisey, Esmira Məhiqizı, Səməd Qaraçöp, Cəlil Cavanşir, Adilə Nəzərli və Elşad Can Şamilin şeirləri, Mübariz Örən, Yaşar Bünyad və Həmid Piriyevin hekayələri yer alıb.

Bu sayda həm də Kənan Hacının Fironun dəftəri” romanının əvvəlini, Azad Qaradərəlinin “Cülyettanın sağ döşünə toxunmaq” romanının davamını oxumaq olar.

Çevirmə başlığında Ziqmund Freydin məşhur mühazirələri (Araz Gündüzün tərcüməsində) və digər yazılar dərc olunub.

Dramaturgiya bölməsi Qan Turalının “Füzulinin qayıdışı” alternativ komediyası ilə açılır.

"Güney sovqatı" rubrikasında Ruqəyyə Səfəri, Məlihə Əzizpur və Sayman Aruzun şeirləri yer alıb.

Dərginin yeni sayını rayonlarda “Azərmətbuatyayım” və Bakıda isə “Əks-səda” (metroların yaxınlığındakı yaşıl köşklər) yayım firmalarının köşklərindən əldə etmək mümkündür.