Putin Merkellə görüşür

Rusiya prezidenti Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin oktyabrın 16-da axşam saatlarında Milanda Almaniya kansleri Angela Merkellə görüşüb. O, cümə günü Ukrayna prezidenti və digər ölkə liderləri ilə görüşlər keçirəcək.

Putin Milana Belqrad səfərindən sonra gəlib. Merkellə görüşdən öncə isə İtaliya prezidenti Giorgio Napolitano ilə qarşılaşıb.

Putin Belqradda biraz çox qaldığından Merkellə görüşü yubanıb.

Cümə günü Putin Poroshenko, Merkel, Fransa prezidenti Francois Hollande, Britaniyanın baş naziri David Cameron, İtaliya baş naziri Matteo Renzi ilə birgə səhər yeməyi yeyəcək.

Belqradda olarkən Putin Serbiyaya Kosovo məsələsində dəstəyin davam edəcəyini deyib. Putin Serbiyada hərbi parada qatılıb. Belqradın nasistlərdən qurtulmasının ildönümü qeyd edib.