Yazıçıların portretini makinədə çəkir [Video]

-

Braziliyalı rəssam Alvaro Franca yazıçıların portretlərini nə fırça ilə çəkir, nə də karandaşla.

Portretlər yazı makinəsindən çıxır: Jack Kerouac, Charles Bukowski, Jose Saramago...

Kembric İncəsənət Məktəbinin məzunu olan Franca kompüterdə yazıçıların şəkillərini piksellərə bölür, sonra da hərf və rəqəmlərlə makinədəki ağ vərəqə köçürür. Şəklin daha tünd yerləri üçün o, ‘x’ və “m” hərflərindən istifadə edir. Açıq yerləri üçünsə ‘I’ və ‘O’ yarayır…