İsveçrədə gənc rəssamların sərgisi açılıb

“Azərbaycanın gənc rəssamları İsveçrədə” sərgisi

-

Azərbaycanın İsveçrədəki səfirliyinin və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşəbbüsü ilə Berndə ölkənin Müstəqillik gününə həsr olunmuş “Azərbaycanın gənc rəssamları İsveçrədə” adlı sərgi açılıb.

16 rəssamın 76 əsərinin nümayiş etdirildiyi sərginin açılışında Berndə akkreditə olunmuş diplomatik korpusun, İsveçrənin federativ və yerli hakimiyyət qurumlarının, elmi, siyasi, ictimai və işgüzar dairələrinin nümayəndələri, eləcə də bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Sərginin məqsədi Azərbaycanın gənc rəssamlarının istedadını nümayiş etdirmək, onların yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmaq
və mədəniyyətlərarası dialoqun vacibliyini ictimaiyyətə çatdırmaqdır.