Pentaqon sözçüsü bildirir ki, ABŞ koalisiyasının Suriyanın Kobani şəhəri ətrafına endirdiyi hava zərbələrində yüzlərlə İslam Dövləti (İD) yaraqlısı öldürülüb.
Ancaq John Kirby bu rəqəmin hansı zaman kəsiyini əhatə etdiyini açıqlamayıb.
ABŞ Mərkəzi Komandanlığı Türkiyə ilə sərhədə yaxın olan Kobani ətrafına zərbələrin oktyabrın 1-də başlandığını, son hücumların Kobanidəki çoxsaylı İD mövqelərini dağıtdığını deyib.
Prezident Barack Obamanın İD-ə qarşı koalisiyasının koordinatoru, istefada olan general John Allen ABŞ-ın Kobanidə hava hücumlarının gücləndirilməsini humanitar addım kimi təsvir edib.
Aktivist və fəalların fikrincə, hava hücumları kürd döyüşçülərini həvəsləndirib, onlar azacıq irəliləyə biliblər.