Nümayişçilər Ali Radadan milli qəhrəmanların tanınmasını tələb edir

Sağ Sektor Tvitterdə bildirib ki, onun üzvləri aksiyaya qatılmayıb

-

Ukrayna parlamentinin qarşısında etirazçılar polislə toqquşub, nəticədə parlamentarilər fasiləyə çıxmalı olub. Oktyabrın 14-də baş verən nümayişdə etirazçılardan bəziləri parlament binasına daxil olmağa çalışıb.

Daxili işlər nazirinin müşaviri Anton Herashchenko facebook-da 50 nəfərin saxlandığını və polisin hələ də etirazçıları tutmaqda olduğunu bildirib.

Nümayişçilər Ali Radadan tələb edib ki, 2-ci Dünya Müharibəsi vaxtı ziddiyyətli partizan müqavimət qruplarının milli qəhrəman kimi tanınmasına dair qanun layihəsini gündəliyə salsın. Həmin qruplar Ukrayna Millətçilərinin Təşkilatı (OUN) və Ukrayna Üsyançı Ordusudur (UPA).

Sizin brauzer HTML5-i dəstəkləmir

Kiyevdə toqquşmalar

Etirazdan çəkilmiş görüntülərdə polisin əlində dəyənək, bir etirazçıda zəncir və yerdə qan görünür. Xəsarət alanlar barədə rəsmi məlumat yoxdur.

Bəzi etirazçıların millətçi Svoboda partiyasından olduğu bildirilsə də, partiya lideri Oleh Tyahnybok bunu təkzib edib. Digər millətçi qrup, Sağ Sektor da Tvitterdə yazıb ki, onun üzvləri aksiyaya qatılmayıb.

Herashchenko: “Rusiya Federasiyasının xüsusi xidmətinin bu provokasiyanın arxasında durması istisna olunmur”- fikirini səsləndirib.