Şimali Koreya lideri üzə çıxdı

Kim Jong Un,Şimali Koreya lideri

Şimali Koreya lideri Kim Jong Un sentyabrın 3-dən bəri ilk dəfə görünüb. Rəsmi "Rodong Sinmun" qəzeti oktyabrın 14-də onun fotolarını yayıb.

Kim Jong Un 40 gündən çox idi ki, görünmürdü. Fotolarda o, ənənəvi, düymələnmiş qara kostyumundadır, qara əsayla gəzir. Yeni tikinti ərazisini gəzib göstərişlərini verir.

31 yaşlı Kimin uzun müddət ictimaiyyət arasında görünməməsi onun səhhəti barədə şayiələr yaradıb.

Ötən ay yayılmış rəsmi sənədli filmdə onun “rahatsız” olduğu bildirilib.

Oktyabrın 10-da rəhbərliyə yaxın mənbə bildirib ki, Kim hakimiyyətə ciddi nəzarət edir. Hərbi təlim zamanı o ayağını zədələyib.