Kiprdən İsrailə qədər açıq dənizdə 380 kilometr üzdülər

Sizin brauzer HTML5-i dəstəkləmir

İsraildən olan idmançılar yunan Kiprindən İsrailə qədər açıq dənizdə üzüblər. Yaşları 44 ilə 66 arasında olan idmançılar hər saatdan bir estafeti bir-birinə ötürərək 5 sutka və 5 saata 380 kilometr məsafəni üzərək oktyabrın 13-də İsrailə çatıblar. Onları səfər boyu yardımçı qayıq müşayiət edib.