ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın 14-də Azərbaycana gələcəklər.
APA-nın xəbərinə görə, onların dövlət başçısı İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan isə öz “Twitter” səhifəsində vasitəçilərin oktyabrın 17-də ölkəyə gələcəklərini yazıb.
Xatırladaq ki, səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin bu ayın sonunda Fransada keçiriləcək görüşünə hazırlıqdır.