İranda Azərbaycan Respublikasının əhalisi qədər işsiz var

Tehranda işsizlər - 2008

-

İranın Əmək Nazirliyinin rəsmisi Mohammad-Reza Sepehri dekabrın 10-da jurnalistlərə açıqlamasında ölkədəki işsizlikdən danışıb.

Media forum saytının məlumatına görə, Mohammad-Reza Sepehri deyib ki, ölkədə işsizlərin sayının artması ciddi narahatlığa səbəb olub:

«Hazırda ölkədə 9 milyon 500 min nəfər işsiz var. İşləyən vətəndaşların sayı isə 22 milyon nəfərdir».

İran Statistika Mərkəzinin yaydığı son məlumatlara görə, ölkə əhalisinin sayı 77 milyon nəfərdir.