Minskdə MDB Dövlət Başçıları Şurasının iclası keçirilib

Prezident İlham Əliyev oktyabrın 10-da Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib.

Prezident.az saytının məlumatına görə, Belarus prezidenti Aleksandr Lukaşenko İlham Əliyevi Müstəqillik Sarayında qarşılayıb.

Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. Azərbaycan prezidenti MDB Dövlət Başçıları iclasda çıxış edib.