Əfqanıstandakı sülhməramlıların bir qrupu Azərbaycana qayıdıb

Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 23 nəfərlik qrupu rotasiya qaydasında Bakıya qayıdıb. Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.