Rusiyaya qarşı sanksiyalar yumşaldılmayacaq

Yüksək rütbəli ABŞ rəsmisi deyir ki, bütün xarici qüvvələr və avadanlıq Ukraynadan çıxarılmasa, Rusiyaya sanksiyalar yumşaldılmayacaq. ABŞ Dövlət Katibinin köməkçisi Victoria Nuland oktyabrın 9-da Berlində Aspen İnstitutunda danışıb. Onun sözlərinə görə, Kiyevin öz sərhədi daxilində suverenliyi bərpa olunmalı, bütün girovlar azadlığa buraxılmalıdır.

“Bu gün Ukraynada kağız üzərində sülh sazişi var, Ukrayna ərazisində sülh mövcuddur, ancaq saziş əsas bölgələrdə pozulur,” o, bildirib.

Sentyabrın 5-də əldə olunmuş atəşkəs sazişi özəlliklə separatçıların tutduğu Donetskdə pozulur.

Kremlin məlumatına görə, gələn həftə Milanda Asiya və Avropa liderlərinin görüşü çərçivəsində Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Petro Poroshenko ilə görüşə bilər.