Bakıda bankomatdan pul oğurlandı

Arxiv foto

APA-da verilən məlumata görə, ötən gecə Bilgəh qəsəbəsində bankomatdan oğurluq hadisəsi qeydə alınıb. Sabunçu rayon Polis İdarəsinın məlumatına görə, maskalı və silahlı şəxslər Üzeyir Hacıbəyov küçəsində yerləşən Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatı partladaraq, orada olan pulu götürüb hadisə yerindən qaçıblar.

Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb.

Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.