-
Oktyabrın 9-u axşam saatlarında Sumqayıtdakı «Karvan» bazarı yenə yanıb...
Yazı daim yeniləndiyindən son məlumatlar yazının əvvəlindədir.
«Karvan» ticarət mərkəzində yanğın - 9 oktyabr 2014
22:35
Yanğın nəticəsində 1 nəfər tüstüdən boğularaq ölüb, 5 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bunu hadisə yerində olan jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.
Yanğın təxminən 600 kv.m. sahəni əhatə edib.
22:15
Sumqayıtda «Karvan» ticarət mərkəzində yanğın söndürülüb.
«Karvan» ticarət mərkəzində yanğın - 9 oktyabr 2014
Hadisə yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gəlib.
Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
21:30
Sumqayıtda «Karvan» ticarət mərkəzində yanğın başlayıb.
apa-nın məlumatına görə, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt hissəsinin 7 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.
«Karvan» ticarət mərkəzində yanğın - 9 oktyabr 2014
Hazırda yanğının söndürülməsi və yayılmasının qarşısının alınması üçün tədbirlər görülür.
Bu ticarət mərkəzində ötən il oktyabrın 19-da da bir dəfə güclü yanğın olmuşdu. Xeyli sahibkara əvəzi hələ də ödənilməyən böyük məbləğdə maddi zərər dəymişdi.
19.10.2013
Sizin brauzer HTML5-i dəstəkləmir
Yanmış "Karvan"dan geriyə qalanlar