Tacikistan Ali Məhkəməsi müxalifət təşkilatı olan Group 24-ü qadağan edib. Qərar oktyabrın 9-da çıxarılıb. Təşkilat internet vasitəsilə əhalini oktyabrın 10-da paytaxt Düşənbədə küçə etirazlarına çağırırdı.
Ali Məhkəmənin hakimi Salomat Hakimova tacik biznesmen Umarali Quvvatov-un rəhbərlik etdiyi Group 24-ün “ekstremist” olması və Tacikistanda qadağan edilməsi ilə bağlı qərar çıxarıb.
Təşkilatın saytı, çap materialları da qadağan edilib.
Media yazır ki, Tacikistanda oktyabrın 5-dən Facebook, YouTube və yüzlərlə digər saytın bağlanması da Group 24-ün onlayn çağırışları ilə bağlıdır.
Rəsmilər saytların bağlanması ilə hər hansı bağlılığı yalanlayıblar.