Meksikada minlərlə etirazçı itkin tələbələrə görə nümayişə çıxıb

Oktyabrın 8-də Meksikanın paytaxtında minlərlə etirazçı nümayişə çıxaraq hökumətdən itkin düşmüş onlarla tələbəni tapmağı tələb edib. Tələbələrin banda üzvləri və polis tərəfindən qətlə yetirildiyi güman edilir.

Müəllimlər kollecinin tələbələri sentyabrın 26-da qeyri-sabit, bandaların nəzarətində olan Guerrero ştatının İquala şəhərində polislə toqquşmadan sonra itkin düşüb.

Həftəsonu şəhər yaxınlığında yandırılmış cəsədlərdən ibarət gizli məzarlıq tapılıb.

Tələbələr təhsil islahatına etiraz edirdilər.