Kerry Kobanidəki vəziyyətlə bağlı Davutoğlu-na zəng edib

John Kerry

-

ABŞ Dövlət katibi John Kerry Türkiyənin baş naziri Davutogluna zəng edərək Türkiyənin Suriyaya – İslam Dövləti yaraqlılarına qarşı qoşun yeritmək istəməməsini müzakirə edib. İD Kobani şəhərini tutsa, bütünlüklə Suriya-Türkiyə sərhəddini nəzarətə götürəcək.

Təhlilçilərin fikrincə, Türkiyənin Suriyaya qoşun yeritməkdən çəkinməsi Kobani kürdlərinin Türkiyədə hökumətə qarşı 30 il vuruşan kürd yaraqlıları ilə əlaqəlidir.

Oktyabrın 8-də Fransa prezidenti Hollande Türkiyə prezidenti Erdogana bildirib ki, o, Türkiyə qoşunlarının sərhəddin Suriya tərəfində yerləşdirilməsi ideyasını dəstəkləyir. Bununla Türk qoşunları bufer zona yarada bilər. Bu da münaqişədən qaçanlar üçün sığınacaq ola bilər.

Erdogan deyib ki, Kobani İD yaraqlılarına təslim olmaq riski ilə üz-üzədir. Ancaq Türkiyə Suriyaya qoşun göndərmək fikrində deyil.