Bakıda partlayış olub, ölən var [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Biləcəridə partlayış: 1 ölü, 5 yaralı

-

Oktyabrın 8-də saat 17:30 radələrində Biləcəri qəsəbəsində hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində partlayış olub. Yazı daim yeniləndiyindən son məlumatlar yazının əvvəlindədir.

FHN-nin yaydığı məlumata görə, hadisə Biləcəri qəsəbəsində hündürmərtəbəli yaşayış binasına bitişik, qanunsuz tikilmiş, anbar kimi istifadə olunan tikilidə baş verib.

Biləcəridə partlayış.

***

FHN-nin yaydığı ilkin məlumata görə, dağıntılar altından bir nəfər kişi cəsədi çıxarılıb.

Beş nəfər yaralı Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Biləcəridə partlayış.

Partlayış zamanı marketin qarşısındakı avtomobillərə də ziyan dəyib.

***

Hadisə şahidlərinin verdiyi məlumata görə, parlayışa qaz sızmasının səbəb olması ehtimal olunur.

Hələlik ərazi Fövqəladə Hallar Nazirliyinin nəzarəti altındadır. Kənar şəxslərin əraziyə daxil olmasına icazə verilmir.

Mediaya hər hansı açıqlama verilmir.

Biləcəridə partlayış.

***

Oktyabrın 8-də saat 17:30 radələrində Biləcəri qəsəbəsindəki «Army market»də partlayış olub.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından AzadlıqRadiosuna verilən məlumata görə, hələlik yaralıların dəqiq sayı məlum deyil:

«Yaralananlar çoxdur. Hələ ki, onları ilkin tibbi yardım göstərilir, yaralılar xəstəxanaya yerləşdirilir».

Hadisə yerinə yanğınsöndürənlər yollanıb.

Xilasedicilər uçqun altında qalan bir nəfəri xilas edib.