Leyla Yunus Sakharov mükafatına 3 namizəddən biridir

Sizin brauzer HTML5-i dəstəkləmir

Andrei Sakharov (Saxarov) “Azad düşüncə mükafatı”na 3 yekun namizəd müəyyənləşib. Ukraynanın “Avromaydan” hərəkatı, azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus və konqolu həkim Deni Mukveq oktyabrın 7-də Brüsseldə keçirilən səsvermədə Avropa Parlamentinin bu mükafatına son namizədlər elan olunublar.