Ələt qəsəbəsində hava limanı salınacaq

Bakı, hava limanı

Gələcəkdə Ələt qəsəbəsində yeni hava limanı, dəmir yolunun inşası, avtomobil nəqliyyatının inkişafı bu qəsəbənin şəhərə çevrilməsinə zəmin yaradır.

Bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev AzərTAc-a müsahibəsində söyləyib.

C.Qocayev deyib ki, Ələt qəsəbəsində inşası nəzərdə tutulan hava limanı bir neçə məsələni həll edəcək. Bu, həm sərnişin, həm də yükdaşımada paytaxtın üzərinə düşən yükü azaldacaq.