İraqlı deputat Politkovskaya mükafatı alıb

Vian Dakheel

İraq parlamentinin etnik yezidi üzvü bu azlıq qrupunun üzvlərini İslam Dövləti (İD) yaraqlı qrupundan qorumaq cəhdlərinə görə beynəlxalq mükafat alıb.

Vian DakheelAnna Politkovskaya mükafatı verilib. Mükafatı Londonda mənzillənən RAW in WAR (Reach All Women in War – Müharibədə Bütün Qadınları Əhatə etmək) təşkilatı verib. Bu qurum münaqişədə əziyyət çəkənlərə kömək edən qadınları mükafatlandırır.

Avqustda İraqın şimalında yezidilərə yardım çatdıran vertolyot qəzasında Dakhil-in ayağı sınıb. Ancaq o, fəaliyyətini davam etdirəcəyini deyib.

Vian Dakhil Thomson Reuters fonduna deyib:

“Biz dinc adamlarıq, ancaq kişilərimizi öldürürlər, qadınlara və qızlarımıza işgəncə verilir və əsir götürülür”.

Bu mükafat rusiyalı jurnalist Anna Politkovskaya-nın adını daşıyır. O, Çeçenistanda insan haqları pozuntularını ifşa edib, 2006-cı il oktyabrın 7-də öldürülüb.